Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şəhid olmasından 15 il ötür. Tezadlar.az xatırladır ki, bu münasibətlə qəhrəmanın doğulduğu Biləsuvar rayonunun Əliabad kəndindəda anım günü qeyd edilir, onun ailəsi və ev-muzeyi ziyarət olunur. Anım tədbirində rayon rəsmiləri, ictimaiyyət nümayəndələri, qazilər iştirak edirlər.
QEYD: Mübariz İbrahimov 2010-cu il iyunun 18-dən 19-na keçən gecə xidmət etdiyi cəbhənin Tərtər istiqamətində düşmənin işğalı altında olan Çaylı kəndindəki erməni qərargahına girib. Düşmən qüvvələri ilə 5 saat təkbaşına döyüşərək onu ağır itkiyə məruz qoyan Milli Qəhrəman qəhrəmancasına şəhid olub.







