12 Dekabr 2025 / 14:29

NATO Baş katibinin müharibəyə hazırlıq çağırışına cavab verildi

NATO Baş katibi Mark Ruttenin Avropada müharibəyə hazırlıqla bağlı açıqlamaları alyansın belə bir ssenari arzuladığını göstərir.

Tezadlar.az xəbər verir ki, bu barədə Macarıstan Fundamental Hüquqlar Mərkəzinin analitiki Zoltan Koşkoviç sosial media platformasında bildirib.

“Biz sizə bunun baş verəcəyini xəbərdar etmişdik. Macarıstan mühafizəkarları bu dəliliyi qabaqcadan görüblər. Bilmirəm, sizə neçə dəfə hərbi koalisiyanın müharibə istədiyi deyilib”, – deyə paylaşımda bildirilir.

Koşkoviç müharibə istəyənləri dayandırmağa çağıraraq, belə bir ssenarinin Avropa vətəndaşlarından asılı olduğunu vurğulayıb.

Bundan əvvəl NATO Baş katibi Mark Rutte bildirib ki, Avropa region sakinlərinin nənə və babalarının yaşadığı müharibəyə bənzər bir müharibəyə hazırlaşmalıdır.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!