12 Fevral 2026 / 05:35

NATO Litvaya hücum halında “sarsıdıcı cavab” barədə xəbərdarlıq etdi

NATO-nun baş katibi Mark Rutte Suvalki boşluğunun mümkün blokadası təhlükəsi barədə danışıb.

Tezadlar.az bildirir ki, bu barədə Polşa Radiosu məlumat verib.

Siyasətçidən Rusiyanın Polşa və Litvanın bəzi hissələrini təcrid etmək qabiliyyəti barədə soruşulub. “Heç kim bizə hücum edə biləcəyini düşünməsin, çünki cavabımız sarsıdıcı olacaq”, – deyə o bildirib. Rutte əlavə edib ki, alyansın müttəfiqləri bütün mövcud kəşfiyyat məlumatlarını nəzərə alaraq müntəzəm olaraq müxtəlif ssenariləri əhatə edən təlimlər keçirirlər.

Fevralın əvvəlində “The Wall Street Journal” qəzeti Qərb analitiklərinin Rusiyanın ABŞ-ın müdaxiləsi olmadan Litvaya hücum edəcəyi bir ssenarini modelləşdirdiyini aşkar edib. Modelə görə, Moskva Kalininqrad bölgəsini blokdan çıxarmaq və Baltikyanı ölkələri NATO-dan bir neçə gün ərzində kəsmək üçün Suvalki boşluğu vasitəsilə qoşun yerləşdirəcək.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!