Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə polis əməkdaşları tərəfindən müxtəlif vaxtlarda Naxçıvan şəhər Xətai məhəlləsində, Ordubad rayonunun Kotam və Xanağa kəndlərində, Kəngərli rayonunun Yeni Kərki kəndi və “Sement zavodu” adlanan ərazilərdə hərbi sursatların aşkar edilməsi barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindənTezadlar.az-a bildirilib ki, hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerlərinə baxış zamanı sursatların 2 ədəd F-1 əl qumbarası, 2 ədəd UZRQM partladıcısı, 1 ədəd 120 mm-lik top mərmisi, 3 ədəd 40 mm-lik RPQ-7V qumbaraatan mərmisi, 4 ədəd RPQ-7 qumbaraatanın aparıcı qüvvəsi və təlim üçün nəzərdə tutulmuş 1 ədəd RQD-5 olduğu müəyyən edilib.
Sursatlar zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb. Əlavə axtarışlar zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
RÖVŞANƏ