Daxili İşlər Nazirliyinin Mərkəzi Cinayət Polisi Departamenti, Baş Prokurorluqla birgə həyata keçirdikləri operativ tədbirlər nəticəsində, Tbilisi, Kvemo Kartli və Sameqrelo bölgələrində 8 nəfəri saxlayıb. Bundan əlavə, 3 nəfərə qiyabi olaraq ittiham irəli sürülüb. İttiham olunan şəxslərdən 2-si “qanuni oğru” olaraq tanınır. Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Nazirlikdən verilən məlumata görə, saxlanılan şəxslər arasında 1982-ci il, 1989-cu il, 1982-ci il (ləqəbi “Povera”), 1991-ci il, 1980-ci il (ləqəbi “Gege”), həmçinin müxtəlif ağır cinayətlərə görə məhkum olmuş 1978-ci il təvəllüdlü, 1985-ci il təvəllüdlü və 1978-ci il təvəllüdlü şəxslər saxlanılıb. Xaricdə yaşayan 1982-ci il təvəllüdlü Baçana Nadareişvili (ləqəbi “Baço Tbiliski”) və 1979-cu il təvəllüdlü Manuçar Qasvian barəsində isə “qanuni oğru” ittihamı irəli sürülüb. Digər bir şəxs, 1978-ci il təvəllüdlü şəxs “oğru aləmi”nin fəaliyyətini dəstəkləməkdə günahlandırılır. Daxili İşlər Nazirliyi tərəfindən keçirilən gizli istintaq hərəkətləri zamanı saxlanılan şəxslərin maliyyə mübahisələrinə müdaxilə etdikləri və “oğru aləmi” üzvləri ilə əlaqə saxlayaraq şəxsi mənfəət əldə etmək məqsədilə yığıncaqlar təşkil etdikləri məlum olub. Saxlanılan şəxslərin şəxsi və yaşayış yerlərində aparılan axtarışlar zamanı xaricdəki “qanuni oğrular”la əlaqə saxladıqları kompüter avadanlıqları və mobil telefonları ələ keçirilib. Faktla bağlı istintaq davam etdirilir, saxlanılan şəxsləri 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
22 İyun
- 08:56
- 08:46
- 08:37
- 08:31
- 08:20
- 23:58
- 22:39
- 21:17
- 20:57
- 20:35
- 20:21
- 20:08
- 20:07
- 19:12
- 16:49
- 11:06
- 11:02
- 10:55
- 10:50
- 10:38