Əsas məzmuna keç

Nepalda daşqınlardan 10 gün sonra iki nəfər xilas edilib

Nepalın Çinlə sərhədi yaxınlığındakı Rasuva bölgəsində və ətrafında daşqınlar səbəbindən darda qalmış iki nəfər fəlakətdən 10 gün sonra xilas edilib.

Tezadlar.az xəbər verir ki, hakimiyyət orqanları davam edən axtarış-xilasetmə əməliyyatları və iki nəfərin xilas edilməsi ilə bağlı açıqlama yayıb.

Məlumata görə, daşqınlar altında qalan ərazidə su elektrik stansiyası tunelində ilişib qalmış bir çinli işçi xilas edilib. Bundan əlavə, Nuvakot bölgəsində bir qadın ayrı bir əməliyyatda xilas edilərək Katmanduya hava yolu ilə aparılıb.

Bu günə qədər daşqınlarda 1342 nəfər həyatını itirib və 4000-dən çox itkin düşmüş insan üçün axtarış-xilasetmə əməliyyatları davam edir.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…