Hazırda Niderlandda Ukrayna vətəndaşlarının təxminən 75%-i bu cür mərkəzlərdə yaşayır
Hollandiya hökuməti yaxın gələcəkdə Ukrayna qaçqınları üçün mərkəzləri bağlamağı planlaşdırır.
Tezadlar.az bildirir ki, bu barədə “Dutch News” ölkənin Miqrasiya və Sığınacaq Naziri Mona Kayzerə istinadən məlumat verib.
“Aİ-nin Ukrayna qaçqınlarını qəbul etmək proqramı 2027-ci ildə başa çatdığı üçün bu mərkəzləri mümkün qədər tez bağlamağı planlaşdırırıq”, – nazir bildirib.
Nəşrin məlumatına görə, hazırda Hollandiyadakı Ukrayna vətəndaşlarının təxminən 75%-i bu cür mərkəzlərdə yaşayır.
Amsterdam 135.000 Ukrayna qaçqınına üç illik yaşayış icazəsi vermək niyyətindədir, lakin onlardan öz mənzillərini tapmaları tələb olunacaq. Lakin bütün gələnləri yerləşdirmək üçün kifayət qədər imkan olmaya bilər.
Daha əvvəl, 28 noyabrda Hollandiyanın Ukrayna qaçqınlarından kirayə haqqı və tibbi sığorta haqlarını ödəməyi tələb etməyi planlaşdırdığı bildirilmişdi. Dövlət həmçinin 2027-ci ilin mart ayından etibarən ukraynalılar üçün xüsusi status təklif etmək niyyətindədir ki, bu da onların vətənlərinə qayıtmalarını asanlaşdırmalıdır.
E.ŞİRİNOV

