Əsas məzmuna keç

KOLLECİN DİREKTORU YOL VERİLMİŞ NÖQSANLARA GÖRƏ İŞDƏN ÇIXARILDI

  Ağdaş Dövlət Humanitar Kollecinin direktoru vəzifəsindən azad edilib.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə  Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

 Bildirilib ki, Martın 5-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin nümayəndələri Ağdaş Dövlət Humanitar Kollecində monitorinq keçirib. Monitorinq zamanı müvafiq yoxlamalar aparılıb və sənədlərə baxış keçirilib. Aşkarlanmış nöqsanlar nəticəsində Agentliyin 1 aprel 2024-cü il tarixli əmri ilə Kollecin direktoru Namiq Mehdiyevlə bağlanmış əmək müqaviləsinə xitam verilib.

 Qeyd edək ki, ölkənin orta ixtisas təhsili müəssisələrində monitorinqlər davam etdirilir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…