Ölkəmizdə insanların alkoqola və tütünə olan istəyi artmaqdadır – qorxunc statistika

Oxunma sayı: 188

SAĞLAMLIĞA ZƏRƏR VERƏN İÇKİ VƏ SİQARETƏ OLAN TƏLƏB  YÜKSƏLİB – AYLAR ÜZRƏ TİCARƏt DÖVRİYYƏSİ BUNU SÜBUT EDİR

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu ilin yanvar ayında pərakəndə ticarət dövriyyəsi 4,8 milyard manat olub. Dövriyyənin 2,6 milyard manatı ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2,2 milyard manatı isə qeyri-ərzaq mallarıdır.

2025-ci ilin ilk ayında içkilər və tütün məmulatlarına 230 milyon manatdan çox pul xərclənib. Bu ümumi pərakənda ticarət dövriyyəsinin 4.7 faizidir. Ötən ilin yanvar ayı müqayisədə içkilər və tütün məmulatlarına 1,8 faiz daha çox pul sərf edilib.

DSK-nin pərakəndə ticarət üzrə təsnifatında alkoqollu içkilər deyil, içkilır və tütün məhsulları birlikdə götürüldüyü üçün spirtili içkilərə nə qədər vəsaitin xərcləndiyi tam aydınlaşmır. Amma aydındır ki, burada alkoqollu içkilər xüsusi paya malikdir.

TEZADLAR.AZ xəbər verir ki, bunu deputat, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.

“Alkoqol və tütün məhsullarını istehlak etməkdənsə,  ixrac etmək daha faydalıdır.”

O, qeyd edib ki, içki və tütün məhsullarına xərclənən vəsaitin çoxalmaslna qiymət artımları təsir göstərsə də, istehlak həcmi də xüsusi paya malikdir. Vətəndaşlarımız qazandıqları hər 100 manatın 5 manatını içkilər və siqaretə xərcləyirlər.

Vüqar Bayramov vurğulayıb ki, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda spirtli içki istehlakının növbəti illərdə artacağını proqnozlaşdırır.

“Adambaşına istehlak indi 2.5 litr olduğu halda, bunun 2030-cü ildə 3.9 litr olacağı gözlənilir. İstehlak artdıqca isə xərc də çoxalır. Deməli, spirtli içkilər və tütün məhsullarının istehlakını azaltmaqla həm qənaət etmək, həm də daha sağlam olmaq mümkündür” ,- 0 bildirib.

İqtisadçının sözlərinə görə,  alkoqol və tütün məhsullarını istehlak etməkdənsə,  ixrac etmək daha faydalıdır.

“Müqayisə üçün qeyd edək ki, spirtli içkilər və tütün məmulatlarının pərakəndə ticarət dövriyyəsində payı Gürcüstanda 3.4, Türkiyədə 3.3, Özbəkistan 3.2, Qazaxıstanda 2.4, Türkmənistanda 2.2 faizdir. İnkişaf etmiş ölkələrdən isə İtaliya 4.2, Kanada 3.7, Almaniya 3.5, Böyük Britaniya 3.4,Çində 3.0, Yaponiyada 2.7, ABŞ-da 2.0 faizə malikdirlər. Spirtli içki və siqaretə ən çox üstünlük verən dövlətlər isə Laos (10.8%), Serbiya (8.4%), Bosniya və Hersoqovina (8.3%), Çexiya (8.2%), Belarus (7.7%), Macarıstan (7.6%), İndoneziya (7.4%), Latviya (7.4%) və Rusiyadır (7.3%)”, – deyə diqqətə çatdırıb.

***

Göründüyü kimi,  Azərbaycanda da içkisevərlər  yüyrək” addımlarla “öncül” ölkələr sırasına qoşulmaq üçün böyük “çaba göstərir”.  Spirtli içkilərin və tütünün qiymət artımı xərclərə təsir göstərsə də, istehlak həcmini də gözardı etmək olmaz. Bu baxımdan,  spirtli içki və tütün istehlakının insan sağlamlığına, ekologiyaya, eyni zamanda ailə büdcəsinə vurduğu ziyan barədə əsasən gənc nəslin doğru-düzgün, effektli maarifləndirməyə, valideynlərin  övladlarına bu istiqamətdə diqqətli olmalarına ciddi ehtiyac var. Yoxsa…

 

Y.Məmmədli

Xəbəri paylaş

21 Aprel