Əsas məzmuna keç

ONLAR UKRAYNADAKI DÖYÜŞLƏRDƏ HƏLAK OLUB

Ukraynada davam edən müharibədə daha iki Gürcüstan əsilli döyüşçü həlak olub.

Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla  xəbər verir ki, bu barədə Ukraynada döyüşən digər gürcü döyüşçülər məlumat yayıblar. Bildirilir ki, Zura Tsiklauri və Qoça Jvaniya Şərq Cəbhəsinin cəbhə xəttində həlak olublar. Məlumata əsasən, 2008-ci ilin avqust müharibəsinin iştirakçıları olan döyüşçülər, 2014-cü ildən Ukraynada Gürcüstan legionunun tərkibində döyüşürlər.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsində indiyədək 60-dan çox Gürcüstan əsilli döyüşçü həyatını itirib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…