Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Avropa İttifaqı (AB) ilə Ukrayna arasında yeni hərbi plan Macarıstana qarşı müharibə elanıdır.
Tezadlar.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban sosial media platformasındakı səhifəsində yazıb.
Macarıstan hökuməti başçısının sözlərinə görə, Brüssel elitasının rəsmi nəşri olan “Politico” AB ilə Ukrayna arasında son hərbi planı – “Ukrayna lideri Vladimir Zelenskinin beş maddəlik planı”nı dərc edib. O, Brüsselin Kiyevin 2027-ci ildə AB-yə qəbul ediləcəyinə qərar verdiyini aydınlaşdırıb.
“Bu yeni plan Macarıstana qarşı açıq müharibə elanıdır. Onlar Macarıstan xalqının qərarını qulaqardına vururlar və Macarıstan hökumətini istənilən vasitə ilə devirmək əzmindədirlər”, – deyə o yazıb.
Baş nazir hesab edir ki, Brüssel Macarıstanda müxalifətdəki Tisza partiyasının hakimiyyətə gəlməsini istəyir, çünki o, müqavimət göstərməyəcək.
Bundan əvvəl Macarıstanın siyasi direktoru Balaj Orban Brüssel və Kiyevin vətənpərvər Macarıstan hökumətini devirməyə ümid etdiyini bildirmişdi. O qeyd edib ki, bu, AB-nin 2027-ci ilə qədər Macarıstanın Ukraynanın üzvlüyünə veto qoymasını ləğv etməsi üçün lazımdır.
E.ŞİRİNOV