Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
20 Fevral 2026 / 05:48

Orban Trampın mümkün qərarından qorxur

Avropa daim ABŞ-ın Ukraynada sülh razılaşması əldə etmək səylərinə mane olur. Buna görə də Macarıstanın Baş naziri Viktor Orban ABŞ lideri Donald Trampın münaqişənin həlli cəhdlərindən imtina edəcəyindən qorxur.

Tezadlar.az xəbər verir ki, o, bunu M1 televiziya kanalı tərəfindən yayımlanan mətbuat konfransında bildirib.

“Bir şeydən qorxuram, düzünü desəm, qorxuram ki, amerikalılar birdən çantalarını yığıb evlərinə gedəcəklər, Rusiya-Ukrayna sülh prosesindən imtina edəcəklər… Prezident Tramp daim razılığa gəlməyə çalışarkən, Avropa hər addımda ona mane olur”, – deyə Orban bildirib.

O izah edib ki, sülhə doğru hər hansı bir hərəkət baş verdikdə, Avropa nümayəndələri ukraynalılara dəstək vədləri verməyə başlayırlar. Orban həmçinin əlavə edib ki, şəxsi görüş zamanı Trampı heç bir halda münaqişəni sülh yolu ilə həll etmək cəhdlərindən imtina etməməyə çağırıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!