Əsas məzmuna keç

Oş merinin əmri ilə qırğız dilində olmayan bütün lövhələr yığışdırılır – reydlər başlayıb

Qırğızıstanın Oş vilayətinin mərkəzində qırğız dilində olmayan lövhələri yığışdırılır.

Tezadlar.az  Qırğız KİV-nə istinadən xəbər verir ki, Oşda əhaliyə xidmət göstərən müəssisələrin adlarını yoxlamaq üçün reydlər başlayıb.

Şəhər administrasiyasının məlumatına görə, 29 oktyabrda Oş Şəhər Administrasiyası yanında Dövlət Dili Komissiyasının üzvləri kafelərə, restoranlara, gözəllik salonlarına, mağazalara və digər ticarət müəssisələrinə baş çəkiblər.

Reyd zamanı sahibkarlara müəssisə adlarında dövlət dilindən istifadənin vacibliyi xatırladılıb və maarifləndirmə işləri aparılıb.

Xatırladaq ki, Oş meri Cenişbek Toktoraliyev kafelərin, restoranların və müəssisələrin xarici dillərdə yazılmış bütün lövhələrinin 10 noyabr tarixinə qədər qırğız adları ilə dəyişdirilməsini əmr edib.

JASMİN

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…