Özbəkistanda narkomaniya və narkotiklə əlaqəli cinayətkarlıqla mübarizədə fəal iştirak edən vətəndaşlar üçün xüsusi mükafat təsis edilib.
TEZADLAR.AZ xəbər verir ki, ÖR Ədliyyə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, Özbəkistan hökuməti mükafatın əsasnaməsini təsdiqləyib.
Döş nişanı narkotiklə əlaqəli cinayətkarlığa qarşı mübarizədə fəal mövqe nümayiş etdirən vətəndaşlara, xüsusən də gənclərə təqdim olunacaq.
Namizədlərin siyahıları hər il 1 may tarixinə qədər Prezident Administrasiyası yanında Narkotik və Odlu Silahlara Nəzarət Agentliyinə veriləcək.
Döş nişanı hər il 26 iyunda – Beynəlxalq narkotik sui-istifadəsi və qanunsuz dövriyyəsinə qarşı mübarizə günü ərəfəsində keçiriləcək təntənəli mərasimdə təqdim olunacaq.
Qeyd edək ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev 2027-ci ilə qədər narkotiklərlə bağlı cinayətlərə qarşı mübarizə üzrə milli proqramı təsdiqləyib.
JASMİN
