14 Dekabr 2025 / 12:56

Papa Ukraynaya səfər edə bilər: Vatikan artıq bir plan hazırlayıb

Kastel Qandolfoda Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşdükdən dörd gün sonra Papa XIV Leo Ukraynaya səfər etməyə hazır olduğunu, lakin təhlükəsizlik məsələlərinin çətin olduğunu təsdiqləyib.

Vatikan artıq təxminən dörd il davam edən müharibənin viran qoyduğu ölkəyə səfər etməsinə imkan verəcək təşkilati plan hazırlayıb,

Tezadlar.az bildirir ki, bu barədə ANSA xəbər verir.

“Ümid edirəm ki, bəli, Ukraynaya səfər baş tutacaq, amma nə vaxt olacağını bilmirəm. Bu cür məsələlərdə real olmalıyıq”, – deyə o, görüşdən sonra jurnalistlərə bildirib və “ədalətli və davamlı sülhə” nail olmaq üçün hər cür səy göstərmək istəyini təkrarlayıb.

O, italyan diplomatlarını da eyni səyləri göstərməyə çağırıb.

“Əsl sülhü qorumaq və təşviq etmək üçün siz dialoq adamları olmalı, İtaliya və Avropa mədəniyyətinin əsasını təşkil edən xristian humanizmi kodeksinə uyğun olaraq zamanın əlamətlərini oxumaqda müdrik olmalısınız”, – deyə Papa əlavə edib.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!