Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
30 Sentyabr 2021 / 07:12

POLİS ƏMƏKDAŞI HƏYAT YOLDAŞINI QƏTLƏ YETİRİB – POLİS ŞÖBƏSİNDƏ

Bu gün səhər saat 9 radələrində Nizami Rayon Polis İdarəsinin

Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədov xidmətdə olarkən həyat yoldaşı Xanım Məmmədovanın ailə münaqişəsi zəminində ondan 24-cü Polis Şöbəsinə şikayətə gəldiyi barədə məlumat alır.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, o, dərhal şöbəyə gəlib və üzərində olan xidməti silahdan atəş açaraq X.Məmmədovanı orada qətlə yetirib.

İ.Məmmədov saxlanılıb. Faktla əlaqədar rayon prokurorluğunda cinayət işi başlanılıb, istintaq aparılır.

“TEZADLAR.AZ”

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!