İyunun 18-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 pulemyot, 9 tüfəng, 1 patron darağı və 9 ədəd patron aşkar edərək götürüblər.
Bu barədə Tezadlar.az–a DİN-dən məlumat verilib.
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.







