Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xəzər rayonu və Sumqayıt şəhərində silsilə oğurluq əməllərində şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıblar.
Tezadlar.az xəbər verir ki, Xəzər rayonunun Binə qəsəbəsində 6 avtomobildən pul və digər qiymətli əşyaların oğurlanması faktı üzrə aparılan araşdırmalar zamanı əvvəllər məhkum olunmuş E.Rəhimov şübhəli şəxs qismində saxlanılıb.
Bundan başqa, Sumqayıt şəhərində bir neçə velosiped oğurluğunda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 39 yaşlı C.Quliyev də polis əməkdaşları tərəfindən tutulub.
Məlumata görə, saxlanılan şəxsin üzərinə baxış keçirilən zaman ondan narkotik vasitə olan heroin də aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.