Rusiya Avropada müharibəyə hazırlaşmağa başlayıb. Bu, onun Polşa ərazisinə potensial təcavüz üçün əlverişli mühit yaratmasından irəli gəlir.
Tezadlar.az xəbər verir ki, Polşa Baş Qərargah rəisi general Vislav Kukula bunu Polşa Radiosunda bildirib.
O, Rusiyanın Polşada həyata keçirdiyi bir sıra kiberhücumlar və təxribat aktlarını şərh edərkən bildirib.
Vislav Kukula həmçinin Pentaqon katibi Pit Heqsetin tarixin hazırkı anın ya İkinci Dünya Müharibəsinin başladığı 1939-cu ilə, ya da Soyuq Müharibənin zirvəsi olan 1981-ci ilə bənzədiyi barədəki açıqlamasına da münasibət bildirib.
“Düzünü desəm, biz həmişə müharibədən əvvəlki dövrdəyik və Soyuq Müharibə də müharibədən əvvəlki dövr idi. Söhbət bu dövrü idarə etməkdən gedir. Biz qətiyyətli müqavimət göstəririk, mahiyyət etibarilə Soyuq Müharibə 2.0-ı qururuq, yəni müdafiə imkanlarına əhəmiyyətli dərəcədə sərmayə qoyacağıq və NATO ölkələrinə və ya ərazimizə edilən hər hansı bir hücumun qətiyyətli cavabla qarşılanacağını və potensial təcavüzkar, yəni Rusiya üçün yüksək risk yaradacağını açıq şəkildə bildirəcəyik”, – deyə o bildirib.
Polşa Baş Qərargah rəisinin sözlərinə görə, vəziyyətin inkişafı əsasən NATO müttəfiqlərinin mövqeyindən asılıdır: “Düşməni çəkindirə biləcəyikmi, yoxsa əksinə, onları təcavüzə sövq edəcəyikmi?”
Eyni zamanda, onun fikrincə, düşməni çəkindirmək siyasəti Polşanın və digər NATO ölkələrinin müdafiə imkanlarına, eləcə də bu ölkələrin vətəndaşlarının münasibətinə əsaslanır.
E.ŞİRİNOV

