Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Polşa prezidenti Karol Navrotski ukraynalı həmkarı Vladimir Zelenskinin dəvəti ilə Ukraynaya səfər etməyəcək. İki lider Varşavada görüşəcəklər.
Tezadlar.az xəbər verir ki, bu barədə Polşa Prezident Administrasiyasının Beynəlxalq Siyasət Bürosunun rəhbəri Marçin Pşidaç sosial media platforması bildirib.
“Polşa ilə münasibətlərin Ukrayna prezidenti üçün vacib olmasından məmnunuq. Ukrayna ilə qarşılıqlı hörmətə əsaslanan mehriban qonşuluq münasibətləri də bizim üçün vacibdir. Prezidentlərin Varşavada görüşməsi üçün tarix üzərində işləyirik”, – deyə rəsmi şəxs yazıb.
O qeyd edib ki, iki tərəf fəal şəkildə diplomatik əlaqələr qurur.
E.ŞİRİNOV