15 Yanvar 2026 / 23:50

Portuqaliya vətəndaşlarına İrandan çıxmaq tövsiyə olundu

Portuqaliya Xarici İşlər Nazirliyi (XİN) ölkənin İrandakı səfirliyinin müvəqqəti bağlanması barədə qərar qəbul edib.

Tezadlar.az xəbər verir ki, Portuqaliya XİN bu addımı regionda təhlükəsizliyin təmin edilməsi ilə bağlı vəziyyətin mürəkkəbləşməsi ilə əsaslandırıb. Rəhbərlik riskləri qiymətləndirib və belə qənaətə gəlib ki, İranda yaranan mövcud vəziyyət xarici ölkə vətəndaşları üçün ciddi təhlükə yaradır.

Portuqaliya hakimiyyəti həmçinin İranda olan vətəndaşlarına ölkəni tərk etməyi, qalmaq istəyənlərə ehtiyatlı olmağı, İrana səfər etməyi planlaşdıranlara isə bu səyahətdən çəkinməyi tövsiyə edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!