Əsas məzmuna keç

Professor Qurban Qurbanova həqarət edənlərə səsləndi

…Azərbaycan cəmiyyəti kin və nifrəti içərisində kinetik enerji kimi saxlayır (FB də bunun güzgüsüdür) və onu püskürmək üçün hər an fürsət axtarır. Qurban Qurbanova münasibət də elədir….
Dünən “Qarabağ”ın yarıtmaz oyununa uğursuzluğa, səhvlər silsiləsinə və komandanın məğlubiyyətinə mən də çox üzüldüm, xeyli əsəbilik keçirtdim və qaralarınca deyindim. Amma uzun illərdir bizə qələbə sevinci və qürur yaşatmış, futbolumuza böyük uğurlar qazandırmış rəmzi bir ad daşıyan komandaya və fədakar məşqçiyə arxa çevirmək, unutqanlıq etmək, onları aşağılamaq ağlımdan da keçmədi.
Bəli, oyun alınmadı, hamımızın kökləndiyi qələbəli nəticə olmadı. Bunun səbəbini hərə bir yoza bilər: gücün azalması, yanlış taktika, yorğunluq da, bacarıqsızlıq da, zamanla ayaqlaşa bilməmək, hətta karyeranın sonu da ola bilər. Amma bütün bunlar “Qarabağ”ı söyməyə, məmıəkəti dəfələrlə sevindirmiş Qurban Qurbanovun şəxsiyyətinə hücüm üçün əsas ola bilməz…
Qulu Məhərrəmli,
Professor
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…