Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Konstitusiyaya əsasən rəsmi statusa malik rus dilinin Qırğızıstanda hər yerdə istifadə olunması sevindirici haldır”, – deyə Rusiya Prezidenti Vladimir Putin Qırğızıstan lideri Sadır Japarovla görüşdən sonra bildirib.
Tezadlar.az Qırğızıstan KİV-nə istinadən xəbər verir ki, Putin görüş zamanı əlavə edib ki, Rusiya Qırğızıstan rəhbərliyinin respublikada rəsmi statusa malik rus dilini dəstəkləməsini yüksək qiymətləndirir.
Vladimir Putinin sözlərinə görə, respublika rəhbərliyi həyatın müxtəlif sahələrində rus dilinin istifadəsini dəstəkləyir.
O, həmçinin səfəri ərəfəsində Qırğızıstan Respublikasında ilk Avrasiya rus dili və mədəniyyəti mərkəzinin açılışının simvolizmini qeyd edib.
Prezident Sadır Japarovun sözlərinə görə, Qırğızıstan Respublikası yalnız Aleksandr Puşkin və Lev Tolstoyun deyil, həm də böyük yazıçı Çingiz Aytmatovun dili olan rus dilinə hörmətlə yanaşır.
Vladimir Putin həmçinin vurğulayıb ki, Rusiyadan olan müəllimlərin Qırğızıstanın bölgələrində rus dilinin öyrənilməsinə kömək etdiyi “Xaricdə rus müəllimi” humanitar layihəsinə də yüksək tələbat var.
“2023-cü ildə Qırğızıstan Respublikasında rus dilində tədris aparılan doqquz orta məktəbin tikintisi üzrə böyük və birgə layihəyə başladıq. İlk üç məktəbin 1 sentyabr 2027-ci ilə qədər açılması planlaşdırılır. “Xaricdə rus müəllimi” proqramı çərçivəsində 157 müəllimimiz respublika üzrə 42 məktəbdə çalışır”, – deyə o xatırladıb.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin ötən gün Qırğızıstan Respublikasına dövlət səfərinə gedib.
Qırğızıstan Prezidenti Sadır Japarov qonağı “Manas” Beynəlxalq Hava Limanında qarşılayıb.
JASMİN