Putin və Modinin qeyri-rəsmi görüşü başlayıb

Rusiya Prezidenti Vladimir Putin və Hindistan Baş naziri Narendra Modi qeyri-rəsmi görüşə başlayıblar.

Tezadlar.az xəbər verir ki, bu barədə Kreml bildirib.

Rusiya lideri Hindistan Baş nazirinin Dehlidəki iqamətgahına gəlib.

Xəbər verildiyi kimi, Putin və Modi hava limanından eyni maşında yola düşüblər.

Rusiya prezidenti bu gün – 4 dekabrda Hindistana gəlib. 5 dekabrda Putin və Modi prezident sarayında rəsmi görüş keçirəcəklər. Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun əvvəllər xəbər verdiyi kimi, Putinin Hindistana səfəri üçün sıx bir cədvəli var.

Rusiya lideri Mahatma Qandinin abidəsini ziyarət edəcək, orada əklil qoyacaq və qonaqlar kitabına imza atacaq.

Daha sonra Putin və Modi Haydarabad Sarayında təkbətək görüş keçirəcəklər. Danışıqlar nazirlər, dövlət korporasiyalarının rəhbərləri və iri biznes nümayəndələrinin daxil olduğu nümayəndə heyətlərinin iştirakı ilə geniş formatda davam edəcək.

23-cü ikitərəfli sammit həmin günə planlaşdırılıb. Putin axşam saatlarında Hindistan prezidenti Draupadi Murmi ilə görüşəcək.

Rusiya prezidentinin səfəri zamanı Moskva və Nyu-Dehli 15-dən çox müqavilə və memorandum imzalamaq niyyətindədirlər.

E.ŞİRİNOV

Xəbəri paylaş