Putinin şəkli olan sikkələrin ikinci partiyasının buraxılması planlaşdırılır

Hazırda Rusiya prezidenti Vladimir Putinin təsviri olan 2,5 min sikkənin buraxılması planlaşdırılır. Gündəlik ilkin sifarişlər sayəsində Almaniyanın “Compact” nəşriyyatı istehsal həcmini artırmaq niyyətindədir.

Tezadlar.az bildirir ki, bu barədə TASS-a jurnalın müxbiri Dominik Reyxert məlumat verib.

Bundan əvvəl məlum olub ki, Almaniyanın “Compact” siyasi jurnalı Putinin şərəfinə sikkə buraxıldığını elan edib. Suvenir gümüşdən hazırlanıb. Onun üzərində Rusiya liderinin portreti və “Patriot Vladimir Putin” imzası var. Məhsulun təsvirindən belə çıxır ki, o, “müqavimət, cəsarət və Qərbin əsas axını üzərində qələbəni” simvollaşdırır. Sikkənin sentyabrın sonunda satışa çıxarılacağı bildirilir.

“Hazırda biz Putinin təsviri olan 2500 sikkə buraxmağı planlaşdırırıq. Amma artıq 800-dən çox əvvəlcədən sifarişimiz var və hər gün yeniləri daxil olur, ona görə də biz istehsalı artırmağı planlaşdırırıq. Bəzi digər sikkələrimizdən fərqli olaraq, bu, məhdud tiraj deyil, ona görə də tələbat olduğu müddətcə onu buraxmağa davam edəcəyik”, – mənbə bildirib.

E.ŞİRİNOV

Xəbəri paylaş

Xəbər lenti

  • Bu gün heç bir post paylaşılmayıb.