29 Noyabr 2025 / 06:30

Qambiya bayrağl altında üzən tankerdə güclü partlayış baş verib

Ötən gecə Bosfor boğazı yaxınlığında üzən “Kairos” tankerinin maşın şöbəsində partlayış baş verib və yanğın başlayıb. Tzadlar.az Reuters-ə istinadla xəbər verir ki, bu barədə “Tribeca” gəmiçilik agentliyi xəbər yayıb. Məlumata əsasən, hadisə Bosfor boğazının şimalında qeydə alınıb. Qambiya bayrağı altında üzən və ballast vəziyyətində olan tanker hadisə zamanı boğazdan təxminən 52 mil şimalda hərəkətdə olub.

Hadisə yerinə xilasedici yedəklər və sahil mühafizə bölmələri göndərilib. Bosfor boğazından gəmilərin hərəkətində problem yaranmayıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!