Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
12 Avqust 2026 / 20:33

“Qarabağ” bizi çətin sınağa çəkəcək”

“Qurban Qurbanov uzun illərdir “Qarabağ”dadır”.

Tezadlar.az xəbər verir ki, bu fikirləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Dinamo Kiyev” oyunundan əvvəl Ukrayna klubunun baş məşqçisi İqor Kostyuk deyib.

O, bildirib ki, bu səbəbdən də qarşılarında formalaşmış bir komanda var:

“Şəhəriniz və insanlarınız bizə çox yaxşı təsir bağışladı. Ümumiyyətlə, Azərbaycan xalqının bizə qarşı münasibəti və dəstəyi çox xoşdur. Bunlara baxmayaraq, qeyd etmək istəyirəm ki, bu qarşılaşma çox maraqlı olacaq. “Qarabağ”ın avrokubok təcrübəsi kifayət qədər çoxdur. Bizi çox maraqlı və çətin qarşılaşma gözləyir”.

Xatırladaq ki, UEFA Konfrans Liqası çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Dinamo Kiyev” matçı sabah saat 20:00-da start götürəcək.

İlk oyun rəqibin 1:0 hesablı qələbəsi ilə başa çatmışdı.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!