
Qarabağ Universitetində proqram rəhbəri vəzifəsi üzrə vakansiya elan edilib.
Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, tələblərə cavab verən namizədlər müraciətlərini karabakh@edu.gov.az elektron poçt ünvanına göndərə bilərlər. Vakansiya üzrə son müraciət tarixi martın 15-dir. Namizədlər ətraflı məlumatla naxirliyin saytına daxil olaraq tanış ola bilər.
Qarabağ Universiteti işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi məqsədilə Azərbaycan Prezidentinin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə yaradılıb. Universitet Xankəndi şəhərində fəaliyyət göstərəcək.






