Rumıniyada iki sərnişin qatarının toqquşması nəticəsində 25 nəfər xəsarət alıb.
Tezadlar.az bildirir ki, “Digi 24” telekanalının məlumatına görə, hadisə mayın 4-də Konstansa şəhərində baş verib.
“Hadisədən sonra 20 nəfər hadisə yerində tibbi müayinədən keçirilib, 5 nəfər xəstəxanaya aparılıb”, – məlumatda deyilir.
İlkin məlumata görə, zərərçəkənlərdən heç biri ciddi xəsarət almayıb.
Hazırda hadisə yerində nəqliyyatın hərəkəti yenidən təşkil edilib. Qatarlar işləməyə davam edir və təcili yardım xidmətlərinə mane olmur.
E.ŞİRİNOV







