Qazaxıstanda peyvənddən imtina edənlərin sayı xeyli artıb

Son illər  Qazaxıstanda peyvənddən imtina hallarının sayı təxminən dörd dəfə artıb.

Tezadlar.az    kazpravda-ya istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Respublikası Səhiyyə Nazirliyinin Sanitariya və Epidemioloji Nəzarət Komitəsinin sədri Sarxat Beysenova Mərkəzi Kommunikasiya Xidmətində keçirilən brifinqdə bildirib.

“2017-ci illə müqayisədə bu il imtina hallarının sayı 3,8 dəfə artıb. Rəqəmlərdə bu belə görünür: 2017-ci ildə  5300-dək imtina halı qeydə alınıb, bu il isə artıq təxminən 20.000 hal qeydə alınıb”, – Sarxat Beysenova qeyd edib.

Onun sözlərinə görə, bu məlumatlar qrip istisna olmaqla, bütün növ peyvəndlərə aiddir. Bu il QR Səhiyyə Nazirliyi qrip peyvəndinin 2,1 milyon dozasını alıb. Bu həcm əhalinin 11%-ni əhatə edəcək.

Qeyd edilib ki, bu günə qədər respublikada 1,9 milyon insan peyvənd olunub.

JASMİN

Xəbəri paylaş

Xəbər lenti