Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Qazaxıstanda “Kənd səhiyyəsinin modernləşdirilməsi” milli layihəsi çərçivəsində planlaşdırılan 655 ilkin səhiyyə müəssisəsinin tikintisi başa çatıb. Bu barədə QR Səhiyyə Nazirliyi məlumat yayıb.
Tezadlar.az Qazaxıstan Səhiyyə Nazirliyinin məlumatına görə, milli layihə dövlət başçısının göstərişi ilə həyata keçirilir və üç əsas tapşırığı əhatə edir: kənd icmalarında ilkin səhiyyə təşkilatları şəbəkəsinin inkişaf etdirilməsi, təcili tibbi yardımın vaxtında göstərilməsini təmin etmək və kənd səhiyyə müəssisələrinin işçi heyəti ilə təmin edilməsi.
Nazirlik əlavə edib ki, yeni binalar köhnəlmiş infrastrukturu dəyişdirməyə və əvvəllər ilkin səhiyyə xidmətindən məhrum olan məskunlaşılmış ərazilərdə səhiyyə müəssisələri ilə təmin etməyə imkan verib.
Eyni zamanda, milli layihənin ikinci məqsədinin bir hissəsi olaraq, 32 rayon xəstəxanasının çoxsahəli mərkəzi rayon xəstəxanaları səviyyəsinə qədər modernləşdirilməsi davam etdirilir. Bəzi obyektlər üçün tikinti-quraşdırma işləri başa çatdırılıb, digərləri üçün isə yenidənqurma, genişləndirmə və əsaslı təmir işləri aparılır.
Beləliklə, Qazaxıstan Respublikasının “Kənd səhiyyəsinin modernləşdirilməsi” adlı milli layihəsinin kənd yerlərində ilkin səhiyyə müəssisələri şəbəkəsinin yaradılması üzrə birinci tapşırığının icrasına nail olunub.
JASMİN