Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Qazaxıstanda uşaqlara maliyyə savadlılığının əsaslarını izah edən yerli cizgi filmi nümayiş olunur.
Tezadlar.az xəbər verir ki, bu barədə QR Təhsil Nazirliyi məlumat yayıb.
Nazirlik qeyd edib ki, dövlət başçısının göstərişlərinə uyğun olaraq müəllim və şagirdlərin maliyyə savadlılığının artırılması üçün hərtərəfli işlər davam etdirilir.
Qazaxıstan Respublikası Təhsil Nazirliyinin “Orleu” Milli Təkmilləşdirmə Mərkəzi Qazaxıstan Respublikası Milli Bankı ilə birlikdə uşaqlara əsas pul idarəetmə bacarıqlarını öyrətməyə yönəlmiş cizgi filmi hazırlayıb.
Personajların süjet xətləri maliyyə fırıldaqçılığı və piramida sxemləri mövzularını qaldırır. “Karjı aləmi” meşə şəhərində yaşayan məktəblilər haqqında 12 seriyalı cizgi serialıdır.
Hər bölümdə personajların – Bars (Qar Bəbiri), Arxar (Dağ Qoyunu) , Qulan (Qatır), Vaşak, Dələ, Çöl Sıçanı və Kirpinin üzləşdiyi maliyyə vəziyyətləri araşdırılır.
Puldan səmərəli istifadə, əmanət, planlaşdırma, iş və investisiya kimi anlayışlar sadə və başa düşülən şəkildə izah olunur.
Bundan əlavə, personajların süjet xətləri maliyyə fırıldaqçılığı və piramida sxemləri mövzusuna toxunur və onlardan qorunmağın yollarını araşdırır.
JASMİN