Əsas məzmuna keç

Qəzzada atəşkəs razılaşması çərçivəsində meyitlər təhvil veriləcək

HƏMAS hərəkatının hərbi qanadı olan “İzzəddin əl-Qəssam Briqadaları” yaxın saatlarda iki əsirin meyitini İsrailə təhvil verəcəyini bəyan edib.

Tezadlar.az xəbər verir ki, bu barədə “Al-Arabiya” qruplaşmanın bəyanatına istinadən bildirib.

Meyitlərin təhvil verilməsi bu gün Qəzza vaxtı ilə saat 16:00-da (Qrinviç vaxtı ilə 14:00) baş tutacaq.

İsrail ordusu Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin meyitləri təhvil almaq üçün artıq yola düşdüyünü təsdiq edib.

Meyitlərin təhvil verilməsi oktyabrın 10-da Qəzza zolağında qüvvəyə minən atəşkəs razılaşmasının birinci mərhələsinin bir hissəsidir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…