Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Qırğızıstandakı məktəblərdə enerjiyə qənaət tədbirləri tətbiq olunur.
QR Təhsil Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, ölkə üzrə bütün təhsil müəssisələrində enerjiyə qənaət tədbirləri həyata keçirilməyə başlayıb.
Qərar QR Nazirlər Kabinetinin 5 noyabr 2025-ci il tarixli 949 nömrəli “Elektrik enerjisi çatışmazlığının azaldılması tədbirləri haqqında” qərarına uyğun olaraq qəbul edilib.
Təhsil Nazirliyi aydınlıq gətirib ki, tədris prosesi sona çatdıqdan – bütün dərslərin bitməsindən ən geci 60 dəqiqə sonra, sinif otaqlarının təmizlənməsi üçün vaxt nəzərə alınmaqla – elektrik təchizatı kəsilməlidir.
Məhdudiyyətlər binaların fəaliyyətini və təhlükəsizliyini təmin edən kommunal sistemlərə və avadanlıqlara şamil edilmir.
Yeni tədbirlər, həmçinin yataqxanalara və şagirdlərin yaşadığı digər obyektlərə də təsir göstərməyəcək.
Nazirlik vurğulayıb ki, dərs saatlarında heç bir azalma və ya cədvəldə dəyişiklik planlaşdırılmır və təhsil adi qaydada davam edəcək.
JASMİN