19 Avqust 2026 / 16:04

Qızıl oğruları yaxalandı

Bakının Yasamal və Nəsimi rayonlarında ümumilikdə 15 min 500 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı iki nəfər saxlanılıb.

Tezadlar.az  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Yasamal rayonu ərazisində yerləşən mənzillərin birindən dəyəri 10 min manat olan qızıl-zinət əşyaları oğurlanıb.

Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 52 yaşlı N.Babayeva müəyyən edilərək saxlanılıb. Onun oğurladığı qızıl-zinət əşyalarını satdığı məlum olub.

Digər oğurluq hadisəsi isə Nəsimi rayonunda qeydə alınıb. Rayon ərazisində fəaliyyət göstərən kafe və mağazalardan birindən pul vəsaiti, eləcə də dəyəri 5500 manat olan qızıl-zinət əşyaları oğurlanıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Ə.Əmiraslanov müəyyən edilərək saxlanılıb.

Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!