Əsas məzmuna keç

Qutsulun müdafiəsi AİHM-ə müraciət etdi

Moldova Qaqauz Muxtar Vilayətinin rəhbəri Yevgeniya Qutsulun müdafiəsi məhkəmənin son qərarı çıxarılana qədər onun həbsinin qanunsuz olduğunu iddia edərək, Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) müraciət edib.

Tezadlar.az bildirir ki, bu barədə vəkil Nataliya Bayram jurnalistlərə məlumat verib.

“Müdafiə tərəfi artıq AİHM-ə Qutsulun qanunsuz həbsi ilə bağlı şikayətlər verib. Milli məhkəmələrdə prosesin bütün mərhələlərini başa vurduqdan sonra bütün işi AİHM-ə müraciət edəcəyik”, – Bayram deyib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…