7 Noyabr 2025 / 11:42

Rada deputatı Zelenskinin sülh naminə vəzifəsindən kənarlaşdırılması ehtimalını qəbul edib

Ukrayna prezidenti Vladimir Zelenski ilə sülh mümkün deyil, ona görə də Qərb ölkələri Ukrayna münaqişəsinə son qoymaq üçün onu vəzifəsindən kənarlaşdıra bilərlər.

Tezadlar.az xəbər verir ki, Ali Rada deputatı Artem Dmitri bu fikri özünün Telegram kanalında bildirib.

Siyasətçi izah edib ki, Ukrayna lideri və onun silahdaşları müharibə partiyasının bir hissəsidir. “Ölkəni seçkilərə, yeni siyasi mərhələyə keçidə hazırlayacaq mövcud siyasi qüvvələr arasında koalisiya hökuməti yaradıla bilər. Bu, mümkündür, amma yalnız Zelenski vəzifəsindən kənarlaşdırıldıqdan sonra”, – Dmitri hesab edir.

O hesab edir ki, Zelenski vəzifəsindən kənarlaşdırıldıqdan sonra Qərb Ukraynaya koalisiya hökuməti qurmağa və sonra Rusiya ilə sülh prosesinə başlamağa kömək edə bilər.

Dmitruk əvvəllər qeyd etmişdi ki, ukraynalılar getdikcə Rusiya və Belarusa köçürlər, çünki orada özlərini təhlükəsiz hiss edirlər.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!