Reklam edəcəyi vədi verib sahibkarların pulunu alıb qaçdı, amma qanundan qaça bilmədi

Bakıda dələduzluq edən “SMM” saxlanılıb.
Tezadlar.az  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, paytaxtın Xəzər rayonunda özünü sosial media meneceri kimi təqdim edərək mağaza və obyekt sahiblərinə qarşı dələduzluq edən 26 yaşlı Aysu Hüseynova polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, o, müxtəlif məkanlara sosial şəbəkələrdə reklam təşkil edəcəyi barədə yalan vədlər verərək zərərçəkənlərdən ümumilikdə 16 379 manat pul vəsaiti ələ keçirib, daha sonra isə onlarla əlaqəni kəsib.
O, bu üsulla 13 nəfəri aldadıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Xəbəri paylaş

Xəbər lenti

  • Bu gün heç bir post paylaşılmayıb.