Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
12 Avqust 2026 / 23:59

Ronaldo Messinin acısına şərik oldu

Argentina millisinin ulduzu Lionel Messi bir neçə gün öncə vəfat edən atası Xorxe Messi ilə bağlı paylaşım edib.

Tezadlar.az xəbər verir ki, o, instaqram hesabında atası ilə fotosunu paylaşıb.

Messi fotonun üzərinə “te amo, pa” (sevirəm səni, ata) sözlərini yazıb.

Portuqaliya yığmasının ulduzu Kriştianu Ronaldo da paylaşıma şərh yazıb: “Bu çətin günlərdə sənə və yaxınlarına sevgimi göndərirəm, Leo. Sizə çoxlu güc arzulayıram”.

Qeyd edək ki, Lionel Messinin atası Xorxe Messi 68 yaşında vəfat edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!