Əsas məzmuna keç

Röya Ayxan arıqlamağın yolunu eşq olduğunu açıqladı – (VİDEO)

Xalq artisti Röya Ayxan eşqlə bağlı açıqlaması ilə gündəmə gəlib.

Tezadlar.az   xəbər verir ki, ötən gün məkanlardan birində çıxış edən müğənni şəxsi həyatı ilə bağlı etiraflar edib:

“Kökəlirəmsə, deməli, depressiyadayam. Qadın eşqlə gözəldir. Yoxsa adam səhər yuxudan durmaq istəmir. 7 ay əvvəl eşq acısı çəkdim. 7 ay elə idim.

Dostlarım deyir ki, bütün günü evdə yeyib-içirdin, necə eşq acısı yaşadın? Dedim, elə odur da. Olsaydı, restorana aparardı. Olmadığına görə evdə yeyib-içirəm. Baxırım 60 kiloqram olmuşam. Deməli, mən eşqsizlikdən kökəlirəm.

Solmaz dolma bişirir, yeyirsən. Adamın həyatında kimsə olanda özünü qoruyursan, restorana aparır, pendirdən-zaddan yeyirsən. Guya, alicənabsan. Evə gələn kimi iki yumurta yeyirəm. Yəqin ki, o da eşitdi, bildi indi bunları…”

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…