Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Belçikanın Baş naziri Bart de Vever bildirib ki, dondurulmuş Rusiya aktivlərinin istifadəsi beynəlxalq hüququ poza bilər və belə bir şey hətta İkinci Dünya Müharibəsi dövründə belə edilməyib.
Tezadlar.az xəbər verir ki, o, Belçika parlamentində çıxış edərkən deyib: “Biz bunu əvvəllər heç vaxt etməmişik. Hətta İkinci Dünya Müharibəsi dövründə belə bu, heç vaxt baş verməyib”.
Bundan əvvəl Brüssel Rusiyanın məhkəmələr vasitəsilə vəsaitlərini geri alması və Belçikanın itkiləri kompensasiya etmək məcburiyyətində qalması halında digər Aİ ölkələrindən “məhdudiyyətsiz” maliyyə zəmanətləri tələb etmişdi.
Belçika Rusiya Mərkəzi Bankının və kommersiya şirkətlərinin ən böyük aktivlərinə – təxminən 193 milyard dollara ev sahibliyi edir.
E.ŞİRİNOV