6 Dekabr 2025 / 08:15

Rusiya bu ölkələr ilə hərbi müqavilələri ləğv etdi

Rusiya hökuməti Fransa, Kanada və Portuqaliya ilə bir sıra müqavilələri ləğv edib. Sənədə görə, bütün müqavilələr hərbi əməkdaşlığa aiddir.

Tezadlar.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə rəsmi hüquqi məlumat saytında dərc olunub.

“SSRİ hökuməti ilə Kanada hökuməti arasında hərbi səfərlərlə bağlı müqavilə, … Rusiya Federasiyası hökuməti ilə Fransa Respublikası hökuməti arasında müqavilə… və Rusiya Federasiyası hökuməti ilə Portuqaliya Respublikası hökuməti arasında hərbi əməkdaşlıq haqqında müqavilə ləğv edilsin”, — Rusiya Baş naziri Mixail Mişustinin sərəncamında deyilir.

Sənəddə Rusiya Xarici İşlər Nazirliyinin Kanada, Fransa və Portuqaliya tərəflərini qərar barədə məlumatlandırmalı olduğu göstərilir.

Həmin günün əvvəlində Rusiya prezidenti Vladimir Putin və Hindistanın Baş naziri Narendra Modinin iki ölkə arasında 2030-cu ilə qədər iqtisadi əməkdaşlıq proqramını təsdiqlədikləri bildirilib.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!