Əsas məzmuna keç

Rusiya deportasiyaya məruz qalan 45 ukraynalını Ukraynaya təhvil verib

Rusiya ölkədən deportasiyaya məruz qalan və vətənlərinə qayıtmaq istəyən 45 ukraynalını təhvil verib.

Tezadlar.az xəbər verir ki, Rusiya İnsan Hüquqları üzrə Komissarı Tatyana Moskalkova bunu Dövlət Dumasının Vətəndaş Cəmiyyətinin, İctimai və Dini Birliklərin İnkişafı Komitəsinin iclasında açıqlayıb.

“16 dekabrda Belarusun Novaya Huta şəhərində 22 ailənin yenidən birləşdirilməsini təşkil etdik. Bu, çox çətin işdir. Həmçinin, deportasiyaya məruz qalan və Ukraynaya qayıtmaq istəyən 45 Ukrayna vətəndaşını təhvil verdik. Bunlar da yaşlı və xəstə insanlardır”, – deyə ombudsman bildirib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…