Rusiya Federasiyasının Mari El Respublikasından “Təzadlar”a ad günü TƏBRİKİ!

Oxunma sayı: 211

“Hörmətli Asif müəllim və “Təzadlar” qəzetinin yaradıcı kollektivi!

Öncə Sizi və  əməkdaşlarınızı, eyni zamanda, oxucularınızı “Təzadlar” qəzetinin 32 illik yaşı münasibətilə Rusiya Federasiyasının Mari El Respublikasında yaşayan azərbaycanlılar adından səmimi qəlbdən təbrik edirəm.

“Təzadlar” qəzeti müstəqil Azərbaycan mətbuatı tarixində özünəməxsus dəsti-xətti, üslubu olan bir kütləvi informasiya vasitəsidir. “Təzadlar” qəzeti təkcə cəmiyyətin informasiya ilə təmin olunması funksiyasını yerinə yetirməyib, eyni zamanda, Azərbaycanda ictimai fikrin obyektiv əsaslarla formalaşmasında böyük xidmətlər göstərib. Həm Azərbaycanımızın milli maraqlarının təhdid altında olduğu, həm də mətbuatın müstəqil söz deməsinin çətin olduğu bir dövrdə “Təzadlar” qəzeti böyük cəsarətlə öz sözünü deyib. Bu qəzet həmişə haqqın-ədalətin yanında olub, istər dünya ölkələrində yaşayan, istərsə də respublikada haqqı tapdanan hər bir azərbaycanlının üzləşdiyi problemin həllinə çalışıb. 30 ildən artıq bir dövrdə taleyüklü milli məsələmiz olan Qarabağ mövzusu “Təzadlar”ın ana xətti, əsas mövzusu olub. Eləcə də, görkəmli ziyalıların, tanınmış ictimaiyyət nümayəndələrinin tribunasına çevrilərək, xalqımızın maariflənməsində, mədəniyyətinin yüksəlişində, mənəvi dəyərlərinin qorunmasında mühüm rol oynayıb.

Hörmətli Asif müəllim!

Rəhbərlik etdiyiniz “Təzadlar”ın 32 illik yaşı münasibətilə Sizi və qəzetinin yaradığı kollektivini Rusiya Federasiyasının Mari El Respublikasında yaşayan azərbaycanlılar adından bir daha təbrik edir, fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Oqtay Hüseynov,

Rusiya Federasiyası Mari El Respublikası “Azərbaycanlıların Regional Milli-Mədəni Muxtariyyəti” İctimai Təşkilatının sədri”.

Xəbəri paylaş

18 Aprel