Əsas məzmuna keç

Rusiya nüvə başlıqlı “Kalibr” raketləri sifariş verib

Rusiya Müdafiə Nazirliyi nüvə başlıqları daşıyan “Kalibr” qanadlı raketlərinin böyük partiyasını sifariş edib.
Tezadlar.az xəbər verir ki, bu barədə  hərbi ekspert Ədalət Veridyev sosial media hesabında məlumat paylaşıb:
““Xüsusi döyüş başlığı” olan 56 raket üçün müqavilənin 2024-2026-cı illər arasında tamamlanması planlaşdırılır.

Bu başlıqlar ilə Rusiya nüvə arsenalını genişləndirməyə hazırlaşır”.
Hərbi ekspert sifarişin Rusiyanın Novator konstruktor bürosuna verildiyini bildirib.
“Bu raketlərin konvensional başlıqlı versiyaları Rusiyanın freqatlarında, korvetlərində, kiçik raket gəmilərində və sualtı qayıqlarda yerləşdirilir və vaxtaşırı Novorossiyskdən Rusiyanın Qara Dəniz Donanması tərəfindən buraxılır”. – deyə izah edib.
Y.Məmmədli
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…