Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Moskva heç bir halda, o cümlədən NATO çərçivəsində Qərb qoşunlarının Ukraynada yerləşdirilməsinə razılıq verməyəcək.
Tezadlar.az xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bunu “ABC News”-a verdiyi müsahibədə bildirib.
“Mümkün həll yollarını müzakirə etməyə açığıq. Lakin heç bir halda NATO qoşunlarının Ukrayna ərazisində mövcudluğunu dəstəkləməyə, təsdiqləməyə və hətta dözməyə hazır deyilik”, – deyə baş diplomat bildirib.
Rusiyanın NATO çərçivəsindən kənarda Ukraynada Avropa qüvvələrini yerləşdirməyə hazır olub-olmayacağı barədə əlavə suala Ryabkov belə cavab verib: “Xeyr, xeyr və bir daha xeyr”.
“”Könüllülərin koalisiyası” mahiyyət etibarilə eyni şeydir. Bundan əlavə, bu, daha da pis ola bilər, çünki bu cür razılaşmalar NATO-nun adi prosedurlarını kənara qoyaraq qurula bilər və bütün çatışmazlıqlarına baxmayaraq, bu prosedurlar az-çox sabit qalır”, – deyə xarici işlər nazirinin müavini izah edib.
Ryabkov qeyd edib ki, “bu gün Qərb dünyasında çox az şey sabitdir, ona görə də nə inam, nə də etibar var – əksinə, NATO-dan və alyansın əsas paytaxtlarından gələn hər şeyə qarşı tam və böyük bir inamsızlıq var”.
E.ŞİRİNOV