Rusiya qırğız miqrantlar üçün şərtləri sadələşdirəcək – təfərrüatlar

KTMT sammiti çərçivəsində Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyada işləyən Qırğızıstan vətəndaşları ilə bağlı vəziyyəti şərh edib.

Tezadlar.az  Qırğızıstan KİV-nə istinadən xəbər verir ki, o, Moskvanın Qırğızıstan əmək miqrantları üçün prosedurları sadələşdirməyə davam etməyə hazır olduğunu bildirib.

Dmitri Peskovun sözlərinə görə, Rusiyada “yarım milyondan çox Qırğızıstan vətəndaşı” işləyir və onların status məsələsi daim ikitərəfli gündəmdədir.

O, xatırladıb ki, bir gün əvvəl Rusiya daxili işlər naziri Rusiya-Qırğızıstan danışıqlarında çıxış edib və miqrantların qalmasının tənzimlənməsi tədbirləri ətraflı müzakirə olunub.

Kremlin sözcüsü bəyan edib ki, Rusiya Avrasiya İqtisadi Birliyinin prinsiplərinə riayət etməyə çalışır və eyni zamanda, miqrasiya sahəsində nizam-intizam yaradır.

“Əsas məsələ onların bütün qanuni tələblərə əməl etmələrini asanlaşdırmaqdır”, – deyə o bildirib.

Dmitri Peskov vurğulayıb ki, Moskva və Bişkek bu məsələni həll etmək üçün birgə çalışırlar və münasibətlərin hazırkı səviyyəsi konstruktiv müzakirələrə imkan verir: “Bəli, problem var, amma onu şişirtməyə ehtiyac yoxdur. Sadəcə, hər iki tərəf səy göstərməlidir”.

 

Y.Məmmədli

Xəbəri paylaş