Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiya həbsxanalarında cəza çəkən 144 Qırğızıstan vətəndaşının öz ölkələrinə köçürülməsinə yox cavabı verib.
Tezadlar.az 24.kg-e istinadən xəbər verir ki, QR Baş prokurorunun müavini Umutkan Konkubayeva bu barədə parlamentin məhkəmə-hüquq məsələləri, hüquq-mühafizə, cinayətkarlığa qarşı mübarizə və korrupsiyaya qarşı mübarizə komitəsinin iclasında bildirib.
Qeyd edilib ki, Rusiya həbsxanalarında 1200-dən çox Qırğızıstan vətəndaşı cəza çəkir.
Prokurorun sözlərinə görə, Qırğızıstan tərəfi məhkumların köçürülməsi ilə bağlı ümumilikdə 449 sorğu təqdim edib.
Lakin 144 halda Rusiya tərəfi sorğuların mövcud müqavilənin şərtlərinə uyğun gəlməməsi və ya qətl də daxil olmaqla ağır və xüsusilə ağır cinayətlərdə məhkum olunmuş şəxslərlə bağlı olması səbəbindən imtina edib.
JASMİN