10 Fevral 2026 / 16:38

Rusiya teleqramı da məhdudlaşdırır

Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiya üzrə Nəzarət Xidməti (Roskomnadzor) teleqramın işini məhdudlaşdırmağa başlayacaq.

Tezadlar.az  xəbər verir ki, qurum cinayətkarlıq, fırıldaqçılıq və terror fəaliyyəti ilə mübarizə məqsədilə platformada səsli zəngləri məhdudlaşdırdığını bildirib.

Məlumata görə, mesajlaşma və digər əsas funksiyalar hələlik tam işləyir. Rusiya rəsmiləri həmçinin xəbərdarlıq ediblər ki, əgər istifadəçilər Rusiya qanunlarına əməl etməsələr, qaydalar daha sərtləşdirilə və ya platforma tam bloklana bilər.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!