Rusiya Sovet dövründən qalma silahlardan Sovetsayağı istifadə edir- hara gəldi raket atır… Həmçinin Rusiya Ukraynanı ballistik raketlərlə və yaşayış binaları daxil, hara gəldi vurur. Ukrayna ordusu isə məqsədyönlü şəkildə yanacaq və ticarət obyekrlərini sistemli şəkildə çökdürür. Rusiyada faktiki olaraq işlək neftayırma zavodu qalmayıb, ehtiyat yanacaqdan isifadə edilir. Bir sözlə, müharibə uzandıqca Rusiyanın hərbi arsenalı zəifləyir. Ekspertlər də hesab edir ki, yaxın vaxtlarda hərbi vəziyyət Rusiyanın ziaynına daha ciddi şəkildə dəyişəcək, çünki V.Zelenskinin ABŞ-yə səfərindən, Trampla effektli görüş və razılaşmalardan sonra Vaşinqton faktiki olaraq Kiyevin müttəfiqinə çevrilib. Aİ-nin ayırdığı vəsait hesabına NATO da bu yaxınlarda yeni raketlərin Kiyevə çatdırılmasını nəzərdən keçirir. Ukraynanın öz “Flaminqo”ları da təkmilləşir. İndi onlar daha uzağı və hədəfləri daha dəqiqlikə vurmağa başlayıb… ötən gecə Ukrayna dronları Başqırdıstanda neftayırma zavodunu təkrar vurdu.
Bəs Rusiyada nə düşünürlər?
Səbuhi